Mübariz Mənsimov həbs edildi - OFİSİNDƏ AXTARIŞ APARILIR / Yenilənib

Baxış sayı:
5578

Muxalifet.az-ın məlumatına əsasən, APA-ya açıqlamasında M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

**

Türkiyədə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində "Palmali" qrupunun yaradıcısı Mübariz Mənsimov tutulub.

Bu haqda Türkiyə mediası xəbər yayıb. Məlumata görə, İstanbul maliyyə cinayətləri ilə mübarizə idarəsi iş adamının ofislərində axtarışa başlayıb.