Mübahisə etdilər, həmkəndlisini BIÇAQLADI - CƏLİLABADDA

Yaralının vəziyyəti ağırdır
 
Cəlilabad rayonunun Sabirabad kəndində bıçaqlanma hadisəsi baş verib.
43 yaşlı kənd sakini Rəfael Ağaş oğlu Səfərov mübahisə zəminində həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov tərəfindən bıçaqlanıb.
İki bıçaq yarası alan Rəfael Səfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Akif Heydərov isə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.