Müalicədən imtina edən tibb bacısı evində koronavirusdan öldü

Baxış sayı:
1232

Rusiyanın Mixailovski Mərkəzi Rayon Xəstəxanasında koronavirusa yoluxmuş tibb bacısı müalicə olunmaqdan imtina edib. 

Volgasib.ru xəbər verir ki, infeksiyaya yoluxan tibb bacısı yaşadığı ünvanda  dünyasını dəyişib. 

Hazırda xəstəxanada ölümlə bağlı araşdırma davam edir. Məlum olub ki, tibbi personaldan daha ikisi koronavirusa yoluxub. 

On tibb işçisinin karantinə alındığı bildirilir.