MTRŞ-in yeni Aparat rəhbərini “nurçular”la nə bağlayır? - Xəzər TV-nin keçmiş direktoru haqda ŞOK FAKTLAR

Baxış sayı:
16696

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib. Belə ki, şura sədri Nuşirəvan Məhərrəmli Asəf Adil oğlu Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb. Qeyd edək ki, Asəf Hacıyev 1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə Xəzər TV-nin, 2008-ci ildə isə "Xəzər” radiosunun təsisçisi və prezidenti olub. 2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib və jurnalistlər üçün tikilən birinci binadan ona da ev verilmişdir. Muxalifet.az-ın elektron poçtuna daxil olan sənəddən isə aydın olur ki, A.Hacıyev 22 oktyabr 2013-cü ildə “Xəzər TV” MMC-nin direktoru vəzifəsində çalışıb. Hansı ki, həmin dönəmdə Xəzər TV-nin şəriki Türkiyə vətəndaşı, FƏTÖ lideri Fətullah Gülənin ən yaxın adamlarından biri olan Hüseyn Dinləməz olub. Redaksiyamıza daxil olan məlumata əsasən, 22 oktyabr 2013-cü ildə Asəf Hacıyev öz şəriki olan Hüseyn Dinləməzə notarial qaydada “Xəzər TV” MMC adından bütün səlahiyyətləri həyata keçirməyi etibar edib: “Mən, “Xəzər TV” MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı, 21.09.1967-ci il təvəllüdlü, Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 24, mənzil 86-da yaşayan, 04.12.203-cü ildə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı 01696341 Saylı şəxsiyyət vəsiqəsinin sahibi Hacıyev Asəf Adil oğlu Həmin etibarnamə ilə Türkiyə Respublikasının vətəndaşı, 03.08.2001-ci ildə İzmir Emniyyet Müdürliyi tərəfindən verilmiş TR-L N 442657 saylı pasportun sahibi Həsən Hüseyin Dinlemez-ə “Xəzər TV” MMC şirkətinin adına Türkiyə Respublikasının Banklarında hesablar açmağı, hesabları bağlamağı, hesablar üzərində sərəncam verməyi, kredit almağı, ondan istifadə etməyi, müqavilələr bağlamağı, kreditlərdən istifadə etməyi və “Xəzər TV” MMC şirkətinin Nizamnaməsindən irəli gələn bütün işləri yerinə yetirməyi və sənədləri imzalamğı etibar edirəm. Etibarnamə 5 (beş) il müddətinə verilib və 22 oktyabr 2018-ci il tarixədək qüvvədədir”(FOTO). Məlumata əsasən, 2015-ci ildə Türkiyədə “nurçular” (FƏTÖ) dövlət çevrilişinə cəhd edəndən sonra “Xəzər TV” MMC-nin payçısı olan Hüseyn Dinləməzin ölkəmizdə çətin günləri başlayıb. Çünki həmin dönəmdə Türkiyə tərəfindən Azərbaycan dövlətinin rəhbərliyinə təqdim olunan FƏTÖ üzvləri sırasında Hüseyn Dinləməzin də adı olub. Həmin ərəfədə Azərbaycanda fəaliyyət göstərən bütün FƏTÖ üzvləri barəsində araşdırma aparıldığından, şərikləri Hüseyn Dinləməzi ölkədə saxlaya bilməyib. Bu səbəbdən də, o, 2016-cı ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Ən maraqlısı isə odur ki, Azərbaycanda “nurçular”a qarşı əməliyyat aparıldığı həmin ərəfədə Hüseyn Dinləməz ölkəni necə və hansı məmurun dəstəyi ilə tərk edə bilib?! Bu sualın cavabı bizə bəlli olmasa da, onun cəmi bir neçə ay əvvələdək (22 oktyabr 2018) “Xəzər TV” MMC üzərində bütün yetkiyə sahib olması və böyük ehtimalla hələ də payçı kimi qalması onu göstərir ki, sözügedən telekanalın “nurçular”la bağlantısı qalmaqdadır... Məsələnin digər maraqlı tərəfi isə odur ki, FƏTÖ lideri Fətullah Gülənin Azərbaycandakı ən yaxın adamlarından biri ilə uzun müddət şərik olan (Hazırda bu şərikliyin başa çatdığı haqda heç bir rəsmi məlumat yoxdur – müəl.) “Xəzər TV” MMC-nin direktoru Asəf Hacıyev bu gün MTRŞ-in rəhbərliyinə gətirilib. Maraqlıdır, Azərbaycanda “nurçular”a qarşı əməliyyatların son günlərədək davam etməsinə paralel olaraq hörmətli Nuşirəvan Məhərrəmlinin müvafiq əmri ilə A.Hacıyevin Aparat rəhbəri təyin olunması arasındakı ziddiyət nədən irəli gəlir?! Xüsusən, nəzərə alsaq ki, Xəzər TV-nin rəhbəri Şamxal Əli oğlu Həsənli Prezidentin köməkçisi Əli Həsənovun oğludur, o zaman bu telekanal ətrafında baş verən proseslər və Asəf Hacıyevin məlum vəzifəyə təyin olunması kifayət qədər düşündürücüdür... Muxalifet.az P.S. Yeri gəlmişkən, Muxalifet.az-ın elektron poçtuna daxil olan məlumatda o da bildirilir ki, əgər yazılar dərc olunarsa, əlavə informasiyalar da veriləcək. Odur ki, mövzuya yenidən qayıda bilərik...