​MTRŞ bir neçə telekanala lisenziya verdi

Baxış sayı: 68

Milli Televiziya və Radio Şurası bəzi televiziyalara lisenziya verib.
MTRŞ-dan Publika.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun bugünkü iclasında qəbul edilib.
İclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.
İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, “AZTELEKOM” MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV” MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.