MTN-in yeni şefi Məhərrəm Әliyev olacaq?

Bu gün işdən çıxarılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yerinə kimin təyin oluna biləcəyi haqda məlumat almışıq. Hakimiyyət yaxın mənbələrdən aldığımız xəbrə görə, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi Məhərrəm Әliyevdir.
Onun şansının yüksəkliyi bununla izah olunur ki, mövcud hakimiyyət güc strukturları rəhbərlərini bir-birilə ziddiyətdə olan şəxslərdən seçməklə, tarazlığı qorumaq təcrübəsinə malikdir və bu dəfə də bu təcrübədən istifadə olunacağı daha çox gözlənilir. Məhərrəm Әliyevin əsas güc strukturu daxili İşlər Nazirliyinin rəhbərliyi ilə ziddiyyətləri isə sirr deyil. İkincisi, M.Әliyev hazırda hakimiyyətdə üstün mövqelərə yüksələn Paşayevlər qrupuna daxildir və onu indiki vəzifəsinə də bu amil gətirib. E.Mahmudov da Paşayevlər qrupuna daxildir və onun yerinə məhz M.Әliyevin gətirilməsi həm də bu qrupun sadəcə öz adamını əvəzləməklə MTN-i nəzarətində saxlaması, eyni zamanda əlavə daxili narazılıqlara yol açmamaq baxımından lazım ola bilər.
M.Әliyevi bu posta şanslı edən bir amil kimi də onu deyirlər ki, MTN-in indiki elitası əsasən polis sistemindən transferlərlə formalaşıb və M.Әliyev üçün yad elita deyil. Yəni onun MTN şefi kimi işdən baş çıxarmaq ona çətin olmaycaq.
azadliq.info