​MTN əməliyyat keçirdi: iki nəfər saxlanıldı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb,
Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.
Bu barədə sayta MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.