"MTN işində zərərçəkən daha bir iş adamı hakim qarşısında

Baxış sayı:
2713

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkən kimi tanınan daha bir iş adamının məhkəməsi başlayıb. O, mənimsəmədə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilən Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

İttihamda göstərilir ki, MTN əməkdaşları Ə.Kabulovdan 30 min manat pul alıb. 

Xatırladaq ki, "MTN işi"ndə zərərçəkən bir neçə iş adamı həbsdədir. Onların özü də bir neçə cinayətdə təqsirli bilinərək həbs ediliblər.