"MTN işi" bu dəfə əmlak komitəsini silkələyir...

Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov və komitənin bir neçə məsul əməkdaşı Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindiriliblər
Məhəmməd İmanovun rəhbərlik etdiyi Dövlət Reyster Xidməti bələdiyyələrdən pay torpaqları alan vətəndaşlara reyster sənədlərini vermək üçün onlardan kütləvi şəkildə 5 min manat tələb edir.
Son günlər Dövlət Əmlak Momitəsi sədri Kərəm Həsənovun vəzifəsindən çıxarılan sabiq MTN naziri Eldar Mahmudovla əlaqələri və digər ortaq işləri ilə bağlı mətbuatda silsiləli məlumatlar getməkdə davam edir. AzMedia.info-ya daxil olan məlumata görə bir həftə öncə Əmlak Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov və komitənin bir neçə məsul əməkdaşı Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindiriliblər.
Mənbənin iddiasına görə Məhəmməd İmanovun və digər işçilərin dindirilməsi "MTN işi" və digər şikayətlərlə bağlı olub.İddiaya görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Dövlət Reyster Xidmətinin həyata keçirtdiyi bir çox qanunsuzluqların üzə çəxması və sahibkarlardan, obyekt sahiblərindən sənədləşdirilmə mişlərinə görə külli miqdarda rüşvət almalaır ilə bağlı olduğu deyilir.
Qeyd edək ki, Kərəm Həsənovun Və Məhəmməd İmanovun adı sabiq Milli Təhlükəsizlik naziri Eldaq Mahmudovun dəstəsi ilə iş birliyində olması ilə bağlı məlumatlar yayılıb. Dövlət Əmlak Komitəsi bu iddaları təkzib eləsə də, bir çox məsələlərə aydınlıq gətirilməyib.
Son zamanlar Dövlət Reyster Xidmətindən şikayətlər isə getdikcə artmaqdadır. Mənbə bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan və bu komitəninin səlahiyyətlərinin bir çoxunun Dövlət Əmlak Komitəsinə verilməsindən sonra şikayətlər daha artıb. Çünki Məhəmməd İmanovun rəhbərlik etdiyi Dövlət Reyster Xidməti bələdiyyələrdən pay torpaqları alan vətəndaşlara reyster sənədlərini vermək üçün onlardan kütləvi şəkildə 5 min manat tələb edir. Dövlət Reyster Xidmətinin əməkdaşları bu rüşvəti almadan heç kimə reyster sənədi vermirlər. Üstəlik Məhəmməd İmanov bələdiyyələrə ondan xəbərsiz torpaq satmağa izn vermir. Bu da hazırda vəziyyəti gərginləşdirir. Abşeronda vəBinəqədi, Sabunçu, Qaradağ rayonlarında bununla bağlı ciddi problemlərin yaşandığı bildirilir. Bir kənd rayonlarında isə artıq bələdiyyələrlə Dövlət Reyster Xidmətinin rayon şöbələri arasında ciddi problemlər yaranıb. Problemi yaradan əsas səbəb isə Dövlət Reyster Xidmətinin rayon şöbələrinin rəhbərlərinin bələdiyyələrdən onlar üçün satılan torpaqlara görə rüşvət tələb ilə etmələridir. Faktiki olaraq Dövlət Reyster Xidmətinin rayon şöbələri bələdiyyələrdən tələb edir ki, saılan hər sot torpağa görə onlar üçün vətəndaşlardan rüşvət alsınlar. Rüşvətin miqdarının həddən artıq çox olması isə gərginliyi artıran əsas səbəb olaraq bilinir.
Məhəmməd İmanov müstəntiqlərin sorğu sualından sonra vəzifəsi başəna qayıdıb. Ancaq Korrupsiayya Qarşı Mübarizə İdarəsinin üzə çıxartdığı bir çox qanunsuz işlər sözün həqiqi mənasında Kərəm Həsənov və komandası üçün başağrısına çevrilə bilər. Buna görə də yaxın günlərdə Kərəm Həsənovun ətrafında ilginc hadisələrin baş verməsi heç də istisna olunmur.