​MTN generallarının məhkəməsi - Vəkillərin vəsatətləri TƏMİN EDİLMƏDİ

Baxış sayı:
3950

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Füzuli Əliyev "Texmarin" epizodu üzrə ifadə verib.
O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib.
Daha sonra ötən məhkəmə iclasında dinləmə epizodu ilə bağlı təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdığı bir neçə vəsatət müzakirə edilib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.