MTN generalının məhkəməsində qalmaqal: “Moşennik…”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prosesdə şahid qismində MTN-in Binəqədi Rayon Şöbəsinin sabiq rəisi Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə ifadə verib.
O, zərərçəkmiş Sahib Qurbanovu tanımadığını və onun həbs edilən zaman görmədiyini deyib. Daha sonra sualları cavablandıran şahid bildirib ki, zərərçəkmiş Sahib Qurbanov saxlanılaraq, MTN-in Binəqədi Rayon Şöbəsinə gətirilib: "MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bizə məlumat verdi ki, Azərbaycana qaçaq mal daxil olub. Biz də bunun əsasında həmin şəxsi saxladıq".
Daha sonra Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovu "moşennik" adlandırıb: "Mən bu adamı tanımıram".
Sahib Qurbanov isə şahidi ittiham edib. O deyib ki, “moşennik” olmasını sübuta yetirməlidir.
Rafiq Səfərov isə qeyd edib ki, Sahib Qurbanovdan pulu Heydər Rüstəmov alıb: "Get pulunu ondan tələb elə. Pulu mənə verməmisən"./axar.az/