​MTN-in daha bir şöbə rəisi işdən qovuldu

Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib. Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Rafiq Hümbətov hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun qohumu – bacısının kürəkənidir.