​MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyiblər? – ƏHƏD ABIYEVİN AÇIQLAMASI ÖTƏN HƏFTƏ GÜNDƏM YARATDI

Binəqədinin başçısı Xaləddin İskəndərov bu dəfə ikinci yerlə "kifayətlənib"

Baxış sayı:
11929

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə  -  19-25 mart 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Əhəd Abıyev rinqdə”, “Əhəd Abıyev Kəmaləddin Heydərova səsləndi- QASIRĞANIN FƏSADLARI AĞIRDIR, NÜMAYƏNDƏ GÖNDƏRİN” və “Əhəd Abıyev: “MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyirdilər”” başlıqlı 3 məqalənin 16 saytda yayılması ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutmuşdur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj” və “Xaləddin İsgəndərov işdən çıxarıldı” adlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə Bakı şəhəri Binəqədi  rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Nizaməddin Quliyevin təqib etdiyi fermerdən şok addım” , “Goranboyun icra başçısı eyş-işarətlə məşğuldur- PREZİDENTLİYƏ NAMİZƏD NİZAMƏDDİN QULİYEVİ AĞIR CİNAYƏTDƏ İTTİHAM EDİR” adlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tutur.

Muxalifet.az