MƏTBUATIN HƏDƏFİNDƏ OLAN MƏMURLAR

Ötən həftə Allahşükür Paşazadə “lider” olub - YENİ LAYİHƏ

Dəyərli oxucular! Bu gündən etibarən Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gələcək. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim edəcək. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Ötən həftənin “lideri” Hacı Allahşükür Paşazadədir

11-17 sentyabr 2017-ci il tarixlərində elektron mətbuatda adı ən cox yayımlanan vəzifəli şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə olub.  Onun haqqında gedən 3 istiqamətli məlumatlar 27 saytda işıqlandırılmışdır. Məlumatlardan biri Şeyxin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birlikdə ölkəni birdəfəlik tərk etməsi, biri  Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin biznesini heç bir sərmayə qoymadan,  şərik olaraq Marketa Şpişakova adlı çex qadının idarə etməsi və 3-cüsü isə  MMP sədri Hafiz Hacıyevin «Allahşükür Paşazadə şeyx yox, biznesmendir. Saytlarda gedən məlumatlardan da bəllidir ki, milyarddan çox var-dövləti var» dediyi müsahibə xarakterli yazıdır.
2-ci mətbuatda ən çox adı hallanan 1 məlumatın 8 Elektron KİV vasitəsində yayımlanan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov olub. Mərkəzi Bank rəhbərinin birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyması və bu vəsaiti Bank Respublikadan, Beynəlxalq Bankdan və digər banklardan götürməsi barədə yayılan məlumata elektron mətbuatda geniş yer ayrılmışdır.
Müddət ərzində  ən çox gündəmi zəpt edən 3-cü məmur isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov olmuşdur. 2 müxtəlif başlıqlı eyni məzmunlu məlumatın 6 elektron KİV-də işıqlandırılması Meri və onun  “sağ əli” Vidadi Əliyevi siyahımızda üçüncü etmişdir. Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevlin vətəndaşlarla kobud rəftarı və məmura yaraşmayan söyüş və təhqirlərdən istifadə etməsi ictimaətdə birmənalı qarşılanmamışdır.
İcra başçıları içərisində mətbuatda ən çox adı hallanan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev olmuşdur. Onun barəsində 4 məqalə 35 xəbər saytda yer almışdır. Belə ki, başçı haqqında 3-cü qrup Qarabağ əlili, 9 uşaq atası Natiq Hacıyevin Qarabağ əlili kimi Gəncə şəhərində mənzil qeydiyyatına düşsə də, bu günə qədər mənzillə təmin olunmaması, Kərəm Həsənovla Elmar Vəliyevin Daşkəsəndəki filiz zavodunu Rasim Məmmədovun əlindən almaq istəmələri, Gəncə şəhər sakini, şəhid ailəsi Tamilla Hüseynovanın iki il qabaq şəxsi əmlakı olan mağazanın sökülərkən ona yeni mağaza yeri veriləcəyi vədi, lakin bu günə kimi yer verilmədiyi barədə şikayəti və Gəncə merinin Gədəbəy rayonunuda öz təsir dairəsinə salmaq istəyi və Əhəd Abıyevlə arasında yaşananalar barədə yazılmış məqalə yayılan informasiyalardır.
2-ci İcra başçısı isə Sumqayıt şəhər İcra Hakimiyyətinin  Zakir Fərəcovdur. Onun barəsində 3 məlumat 7 saytda işıqlandırılmışdır. Başçının ali məktəblərə qəbul olunan tələbələrlə ənənəvi görşündə, əvvəlki illərdən fərqli olaraq, bu il 600-dən yox, 650 baldan çox toplayan tələbələrin çağrılması, başçının keçmişi – həyatı barədə gedən yazı və qanunsuz olaraq həbs etdirilən “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin haqqında yazılan yazılar mətbuatda yer almışdır. 
3-cü ən çox adı çəkilən isə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov olmuşdur. Onun 300 hektar torpaq sahəsini  Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, polkovnik Balakişi Əhmədovun əlindən alaraq pambıq əkini üçün istifadəyə verməsi haqqında bir məlumat 6 saytda işıqlandırılmışdır.
 

 

STATİSTİK TƏHLİL