​Mətbuatda özündən bəhs etdirən icra başçıları – ÖTƏN HƏFTƏ “LİDERLİK BAYRAĞI”NI VAQİF ABDULLAYEV DAŞIYIB

İkinci yeri Goranboyun icra başçısı Nizaməddin Quliyev tutur

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə - 30 oktyabr - 05 noyabr tarixində mətbuatda ən çox adı hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yerdə “İcra başçısının adı qalmaqalda” başlıqlı məqalənin 11 elektron KİV-də yayımlanması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev olmuşdur.

Hesabat dövründə adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT, VƏHŞİ HEYVANLARIN MƏSKƏNİ”“Goranboyun başçısı prezidentin açılışını etdiyi stadionu söküb öz obyektinə daşıyır” adlı 2 məqalənin 9 elektron KİV-də yayımlanması ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tutur.

Mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-ci yerdə isə “Qobustanın icra başçısı kimə kələk gəlir?” adlı məqalənin 5 elektron KİV-də yayılması ilə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov olmuşdur.
 
Muxalifet.az