​Mətbuatda ən çox tənqid olunan İCRA BAŞÇISI – Elmar Vəliyev ötən həftənin “lideri” oldu

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə siyahıda 2-cidir...

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
 
Beləliklə, “İcra başçısının geyim kolleksiyası - 100 minlik əşyalar və nələr...” adlı yazının 18 saytda işıqlandırılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən həftə mətbuatda adı ən çox hallanan icra başçısı olub.
 
Göyçay rayon Cəyirli kəndi sakini, 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən ünvanlanan şikayət ərizəsinin 11 elektron KİV vasitəsilə işıqlandırılması nəticəsində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ötən həftə siyahımızda 2-ci olub.
 
Mətbuatda 3-cü ən çox adı çəkilən başçı isə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub. Onun barəsində “Belə başçıya “can qurban”: İsgəndərov yenə Binəqədini suda “boğdu”” adlı məqalə 9 elektron KİV-də işıqlandırılıb.
 \


Muxalifet.az