Mətanət Əsədova qəza xəbərindən DANIŞDI: "Qırx mərasimindəyəm"

Baxış sayı:
15226

Xəbər verdiyimiz kimi “28 may” metrostansiyası yaxınlığında müğənni Mətanət Əsədova yol-nəqliyyat hadisəsi törədib. Müğənni idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobili yol kənarındakı bardürə vurub. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mətanət Əsədova çəkilən fotolara baxmayaraq qəzaya düşməsini təkzib edib: "Mən indi qırx mərasimindəyəm. Nə yazırlar yazsınlar. Yalan məlumatdır. O xəbəri yazanın özü o günə düşsün."