​Məsut Özil karyerasını bitirəcəyi vaxtı AÇIQLADI

Baxış sayı:
1291

"Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özil karyerasını bitirmək istədiyi zamanı və klubu açıqlayıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "topçular”ın heyətində xoşbəxt olduğunu deyib:
"Hələ 30 yaşım var və cavanam. Futbolda hər şey ola bilər, amma "Arsenal” kimi klubda oynadığım üçün çox xoşbəxtəm. Karyeramı burda bitirmək gözəl olardı”.
Uzun müddət futbol oynamaq istədiyini bildirən futbolçu, "Özümü yaxşı hiss etsəm, 38 yaşıma qədər oynamaq istəyirəm. Bilmirəm, bəlkə də, 36 yaşımda karyeramı bitirdim” deyib.
Baş məşqçisi Unay Emeri haqqında da danışan alman futbolçu, onu tərifləyib:
"Unay Emeri möhtəşəm mütəxəssisdir. Onunla birlikdə yola davam etmək istəyirəm”.
"Arsenal” Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la birlikdə E qrupunda mübarizə aparır.