Məsud Özilin taxdığı boyunbağı Almanları qəzəbləndirdi

Baxış sayı:
4678

Ona edilən irqçi hücum nəticəsində Almaniya Milli Komandasından ayrılan məşhur Türk futbolçu Məsud Özilin ay-ulduzlu bir boyunbağı ilə matçın oynanılacağı stadiona gəlməsinə İngilis və Alman mətbuatında geniş yer verilib.
 
Bu matçda İngəltərənin Arsenal komandası UEFA Avropa Liqası yarımfinal ilk oyununda sahəsində İspaniyanın Valenciya komandasını qonaq edib.
Qarşılaşmada 3-1 qalib gələn İngilis komandanın heyətində stadiona ay-ulduzlu kulonla gələn Məsud Özil bütün diqqətləri özünə çəkib.
 
“MƏN TÜRKƏM” MESAJI VERDİ
 
 Məhz prezident Ərdoğan ilə şəkil çəkdirdiyi üçün Almanlar tərəfindən irqçi hücuma məruz qalan ulduz futbolçu, Türk olmaqdan qürur duyduğunu bir daha göstərib.
30 yaşlı futbolçunun ay-ulduzlu boyunbağına İngilis və Alman mətbuatında geniş yer verilib.
İngilis mətbuatı mart ayında nişanlısı Aminə Gulsənin şəxsən Ərdoğanı şərəf qonağı olaraq toyuna dəvət etməsinin Almaniyada öfkəyə səbəb olduğunu yazıb.
Müxalifət.az