Məsud Özildən xeyirxah addım

Baxış sayı:
1153

İngiltərənin “Arsenal” komandasının forması geyən Türk əslli futbolçu Məsud Özil üzv olduğu vəqf vasitəsilə Tanzaniyadakı uşaqların tibbi əməliyyat xərclərini ödəyib.
 
Aminə Gülşə ilə 7 iyunda keçirilən toyunda toy hədiyyəsi olaraq yaxınlarından üzvü olduğu “Big Shoe” Vəqfinə böyük məbləğdə ianə verən Məsud Özil, könülləri fəth edib. Məşhur cütlüyün adına vəqfə verilən bu ianələrlə Tanzaniyadakı uşaqların tibbi əməliyyat xərcləri ödənəcək.
 
16 MİN ADAMA YEMƏK VERMİŞDİ
 
"Həyatlarını dəyişdirəcək tibbi əməliyyatları edə bilməyən ailələri maliyyələşdirərək 1000 uşağa daha yaxşı bir gələcək verəcəyik" deyən Məsud Özil, toy günündə də Qızıl Ayparaya ianə verərək 16 min adama yemək vermişdi.
 
BRAZİLİYADA UŞAQLARI SEVİNDİRMİŞDİ
 
Ulduz futbolçu üzvü olduğu vəqf vasitəsilə 5 il əvvəl Braziliyadakı uşaqların əməliyyat xərclərini boynuna götürmüşdü.
Müxalifət.az