Məsud Özil yenə ürəkləri fəth etdi

Baxış sayı:
3487

 İngiltərə Premier Liqa komandalarından Arsenalda forma geyən Məsud Özil görmə qabiliyyətini itirən kiçik heyranı ilə bir araya gəlib.
 
 Sosial media hesabından görüşün görüntülərini paylaşan Türk əsilli Alman futbolçu nadir görülən bir narahatlıq nəticəsində Mikey adlı fanatının gözlərinin görmədiyini, ancaq bu vəziyyətin onu futbol oynamaqdan saxlamadığını qeyd edib.
30 yaşlı Məsud Özil Mikeynin xəyallarının arxasınca gedəcəyinə inandığını yazıb.
Məsud Özilin bölüşdüyü görüntüdə, Mikeynin əlləri ulduz futbolçunun üzünə və saçlarına toxunaraq ünsiyyət qurması yer alır.
Müxalifət.az