MSK Timoşenkonu ikinci turdan məhrum etdi

Baxış sayı:
7573

Ukraynada prezidentinin seçkilərinin ikinci turuna “Xalqın xidmətçisi” Partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko keçirlər.
Muxalifet.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib.
Seçki protokolarının 97,48 faizinin sayılmasından sonra adıçəkilən namizədlərin ikinci tura çıxması dəqiqləşib. Zelenski və Poroşenko müvafiq olaraq, 30,24 və 15,93 faiz səs toplayıblar. Keçmiş baş nazir Yuliya Timoşenko isə 13,39 faiz səs yığa bilib.
Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Seçkilərin ikinci turunun aprelin 21-də keçirilməsi planlaşdırılıb.