MSK seçki pozuntularını araşdırır, üç məntəqədə nəticə ləğv edildi - DAVAMI OLACAQ.../ YENİLƏNİB

Baxış sayı:
2083

Fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb. 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub. Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur.

MSK-dan  bildirilib ki, həmin məntəqlərin (11 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.

*   *   *10:57

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə ilə bağlı məsələlər, o cümlədən şikayətlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.