​MSK-nın səlahəyyətləri artırılır – DEPUTATI MANDATDAN MƏHRUM EDƏ BİLƏCƏK

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) deputatın mandatdan məhrum edilməsi ilə bağlı əlavə səlahiyyətlər verilir.
Muxalifət.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, MSK deputatın özü səs vermədikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək.
“Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edildikdən sonra Seçki Məcəlləsində bu dəyişikliyə ehtiyac yaranıb. Milli Məclisin İntizam Komissiyası məsələyə baxıb rəy verdikdən sonra MSK-ya göndəriləcək”, - deyə verilən xəbərdə bildirilib.
MSK həmçinin, deputat həmkarının yerinə səs verən Milli Məclis üzvünü də mandatdan məhrum edə biləcək.