“MSK-nın müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur” - Məzahir Pənahov

“MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur”.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər: “Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.