MSK-nın "məntəqə ləğv edən" toplantıları - 6 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV OLUNDU / Yenilənir

Baxış sayı:
3538

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 81 saylı Beyləqan seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dairədən namizəd Anar Məmmədov şikayətində həmin dairə üzrə səsvermə zamanı pozuntular olduğunu, bunların  videogörüntülərdə əks olunduğunu bildirib və bu dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. 

Səsvermə nəticəsində MSK qərar verib ki, Anar Məmmədovun şikayəti qismən təmin edilsin, həmin dairə üzrə 1, 4, 6, 31 saylı seçki məntəqələrinin nəticələri etibarsız hesab edilərək ləğv edilib.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi, keçmiş deputat Şahin İsmayılovdur. Şikayətçi Anar Məmmədov isə Polis Akademiyasının müəllimidir.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məmmədov Əbil Abbas oğlu tərəfindən göndəriləb müraciətə baxılıb.
Muxalifet.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, şikayətçinin müraciəti araşdırılan zaman həmin dairənin 18 və 38-ci məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanıb.
A.Muxtarova təklif edib ki, bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir.
Təklif səsverməyə çıxarılaraq qəbul edilib./azvision.az
**
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.