MSK Hüseynbala Mirələmovla bağlı da QƏRAR VERDİ - 33 saylı dairədə seçkinin nəticəsi ləğv olundu

Baxış sayı:
490

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:
“Ümumilikdə məntqələrin sayı isə 40-dır”
İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.
Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur.