MSK daha bir nəfərin namizədliyini ləğv etdi

Baxış sayı:
3571

Məzahir Səfər oğlu Şahəvələdovun deputatlığa namizədliyi ləğv edilib.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahəvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və mürciətin doğruluğu sübuta yetirilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Məzahir Səfər oğlu Şahəvələdovun namizədliyi ləğv edilib.