"MSK-da oturanlar bizdən 30 dəfə çox maaş alır" - Məntəqə Seçki Komissiyasının üzvləri onlara cəmi 140-180 manat maaş verilməsinə ETİRAZ EDİR

Baxış sayı:
2443

Abşeron rayonu üzrə Məntəqə Seçki Komissiyası üzvləri adından İdris Dəmirov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova və maliyyə naziri Samir Şərifova müraciət edən şikayətçi yazır: "Möhtərəm Prezident İlham Əliyevin 20019-cu ilin iyunun 18-də imzaladığı Sərəncamla Azərbaycanda maaşın aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb. Cənab Prezidentin digər Sərəncamı ilə 01 sentyabr 2019-cu il tarixindən etibarən Mərkəzi Seçki Komissiyası sədrinin və üzvlərinin maaşları da artırılmışdır. 68 yaşlı MSK sədri Məzahir Pənahovun maaşı 3 060 manat olub. Son 5 ildə Mərkəzi Seçki Komissiyasında və Dairə Seçki Komissiyalarında işləyənlərin maaşları 3 dəfə artmasına baxmayaraq, Məntəqə Seçki Komissiyalarında isə maaşlar hələ də 250 manata çatmayıb. Əvvəl üzv - 110, katib -120, sədr -150 manat alırdısa, hazırda maaşlar 140, 160 və 180 manat olub. Mərkəzi Seçki Komissiyası və Seçki Dairələrindən fərqli olaraq biz seçkidən-seçkiyə maaş alırıq. Respublikada 125 Seçki Dairəsi üzrə 5 432 seçki məntəqəsi var. Hər bir seçki məntəqsində 6 komissiya üzvünün olmasını nəzərə alsaq, 5 432 seçki məntəqəsi üzrə ümumilikdə 32 592 komissiya üzvü işləyir. Son 5 ildə MSK sədri və üzvlərinin maaşları 3 dəfə artırılıb. Lakin seçkilərin bütün ağırlığını çiyinlərində daşıyan məntəqə seçki komissiyalarının maaşları isə 140-180 manatdır. MSK-da oturanlar bizdən 30 dəfə çox maaş alır. Çoxu da daimi maaş alanlardır. Bizə isə maaşı seçkidən-seçkiyə və cəmi 2 ay 140-180 manat maaş verilir. Ölkədə 180 manat maaş alan yoxdur. Məktəb xadiməsinin, gözətçisinin maaşları 250 manatdır, məntəqə sədrinin maaşı 180. Bütün bunları Cənab Prezidentimizdən gizlədirlər, Ona yalan məlumatlar verilir. MSK-da, Seçki Dairələri və seçki məntəqələri pensiyanerlərlə doludur. Sizdən artıq dərəcədə xahiş edirik, AR Prezidentinin 18.06.2019-cu il tarixli Sərəncamına istinad edərək məntəqə seçki kommisiyası üzvlərinin maaşlarının aşağı həddinin 250 manata çatdırılması üçün aidiyyatı strukturlara göstəriş verəsiniz. Öncədən Sizə minnətdarıq". Muxalifet.az