​Məşhur veteran futbolçu azərbaycanlı uşaqlarla - Foto

Baxış sayı:
6250

Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan əfsanəvi fransalı yarımmüdafiəçi dünya və Avropa çempionu Rober Pires dekabrın 4-də təşkil olunan futbol festivalında iştirak edib.
Muxalifet.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan festivalda R.Pires AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyiblər.
Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı veteran futbolçu uşaqlarla xatirə şəkilləri çəkdirib, onlara avtoqraf verib.