​Məşhur şərhçi qəzada öldü

Baxış sayı:
6499

Türkiyənin məşhur basketbol şərhçisi İsmət Badəm Çanaqqalada düşdüyü qəza nəticəsində həyatını itirib.
Muxalifet.az xəbər verir ki, mərhumun ölüm xəbərini oğlu Burçin Badəm İnstaqram hesabında paylaşıb.
İ.Badəmin özü isə qəzadan təxminən 1 saat əvvəl İnstaqramda motosikldə dostları ilə birgə olan fotosunu yayımlamışdı.
Qeyd edək ki, mərhum gənclik dövründə aktiv şəkildə basketbolla məşğul olub və bir sıra komandaların şərəfini qoruyub.
O, daha sonra basketbol şərhçiliyi etməyə başlayıb.
Badəm eyni zamanda motosikllərə olan güclü marağı ilə də tanınırdı.