​Məşhur sovet aktyoru öldü

Baxış sayı:
2683

SSRİ-nin məşhur aktyoru Dmitri Dorliak 82 yaşında Fransanın paytaxtı Parisdə vəfat edib.
Muxalifet.az “Layf”a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Aktyor uzun müddət ağır xəstəlikdən əziyyət çəkirmiş.
Bildirilib ki, aktyorun dəfn mərasimi Parisdə Aleksandr Nevski məbədində keçirilib.
Qeyd edək ki, 1937-ci ildə elə aktyor ailəsində anadan olan D.Dorliak “Malaya Bronnaya”, “Taqanka” kimi teatrların səhnələrində çıxış edib.
Aktyor daha çox “Araşdırma peşəkarlar tərəfindən aparılır”, “Meqre tərəddüd edir” kimi əsərlərdə çıxış etdiyi rollarla tamaşaçıların yaddaşına həkk olunub.