Məşhur repçi on ildən çox həbsdə olmuş adama ərə getdi

Baxış sayı:
3731

Dünya şöhrətli amerikalı repçi Nikki Minaj ərə gedib.

“StarHit” jurnalının verdiyi məlumata görə, 21 oktyabrda 36 yaşlı Minaj yetkinlik yaşına çatmayan şəxsə təcavüz və öldürməyə görə iki məhkumluğu olan 41 yaşlı Kennes Petti ilə evlənib.

Repçi “İnstaqram” hesabında “Cənab ...” və “Xanım ...” yazılmış fincan və “Bəy” və “Gəlin” sözləri yazılmış papaqların videosunu çəkərək paylaşıb. O, yayımladığı videoya bəy və gəlin işarələrini yerləşdirib, evləndikləri tarixi (gün, ay və ilini) qeyd edib.

Bunu görən pərəstişkarlar cütlüyə təbriklər ünvanlayıblar. Minaj Kennes ilə avqust ayında evlənmək istədiyini açıqlamışdı. Fanatları bu izdivacın səhv olduqlarını bildirsələr də, Nikki qərarından dönmədi.

Ulduzun yaxın ətrafı ərə gedəcəyi şəxsin cinayətlərlə dolu olan keçmişi barədə dəfələrlə Minaja xəbərdarlıq etsələr də, o bunlara məhəl qoymayıb. Petti törətdiyi cinayətlərə görə on ildən çox həbs həyatı keçirib. Minaj hər kəsin qarşısında bacardığı qədər sevgilisini müdafiə edib, Kennesin törətdiyi əməllərdən uzaqlaşdığını bildirib.

Güman edilir ki, sənətçinin keçən çətin uşaqlığı, onu Kennesin vəziyyətini anlamağa yardım edib. Nikkinin atası narkoman olub, o mütəmadi şəkildə ailə üzvlərinə əl qaldırıb, şiddət göstərib. Hətta bir dəfə ailə başçısı həyat yoldaşı və uşaqlarından xilas olmaq üçün evi yandırıb.

Sonradan Minaj oxuduğu mahnılarında, “yaşadıqlarımdan sonra çətin bir kişiyə güvənim olsun” etirafı ilə qəlbləri titrədib. Buna rəğmən, Kennesdən daha əvvəl məşhur bir neçə repçi və “Formula-1” yarışçısı Luis Hemiltonla birlikdə eşq yaşayıb.

Qeyd edək ki, qalmaqallı repçı Niki Minaj bir müddət öncə karyerasını bitirdiyi barədə şəxsi “Twitter” hesabında məlumat paylaşıb. 36 yaşlı ifaçı vaxtının çoxunu ailəsinə sərf etmək istədiyi üçün səhnədən getdiyini deyib.