​Məşhur “qanuni oğru” HƏBS OLUNDU – Əməliyyat zamanı 4 nəfər saxlanılıb

Baxış sayı:
6328

Yunanıstanda “qanuni oğru” Georgi Endeladze də daxil olmaqla, mütəşəkkil dəstə üzvləri ələ keçib.

Muxalifet.az xəbər verir ki, əməliyyat Gürcüstan polisi ilə Yunanıstan polisinin beynəlxalq əməkdaşlığı çərçivəsində həyata keçirilib. Nəticədə mütəşəkkil cinayətkar qrupun üzləri saxlanılıb.
Məlumata görə, Yunanıstan hüquq-mühafizə orqanlarının martın 14-də həyata keçirdiyi əməliyyat zamanı ümumilikdə dörd nəfər Gürcüstan vətəndaşı həbs olunub.
Qeyd edək ki, 1981-ci ildə anadan olan Georgi Endeladze cinayətkar aləmdə tanınmış isimlərdəndir. Onun kifayət qədər geniş şəbəkəyə rəhbərlik etdiyi bildirilir.

Muxalifet.az