Məşhur müğənninin anası azyaşlını maşınla vurub öldürdü - FOTO

Baxış sayı:
504

Məşhur müğənni Britni Spirsin anası Linn Spirs qətldə günahlandırılır.

 

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, hadisə 1975-ci ildə olub. Belə ki, Spirs avtomobili ilə 12 yaşlı oğlanı vuraraq, öldürüb. Uşağın anası baş verənləri bədbəxt hadisə adlandırsa da, Linnin indiyədək bir dəfə də olsun onlara zəng etmədiyini və üzr istəmədiyini bildirib. Spirs isə bu hadisə haqqında danışmaqdan boyun qaçırıb. /axşam.az