​Məşhur model azərbaycanlı milyarderin təklifindən danışdı

Türkiyənin məşhur modeli Əbru Şallı azərbaycanlı iş adamı Mübariz Mənsimovun ona Bodrumdakı “Palmarina” otelində həftənin 6 günü pilates dərsləri keçməyi, eləcə də çimərlikdə və hovuzda poz verib, oteli reklam etməyi üçün 500 min lirə təklif etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, fikirlərini sosial şəbəkədə paylaşan model yayılan məlumatların yalan olduğunu bildirib:
"Sevgili izləyicilərim, içimdən gəldiyi üçün yazdım. Bilirsiniz ki, mən danışmağı sevmirəm. İki gündür haqqımda çıxan xəbərlər yalan və əsassızdır. Bu gün bu yalan xəbərə bir köşə də yazılıb. Çox acınacaqlı vəziyyətdir. Nə o qədər pul alıram, nə də mənə sərvət ödəyirlər. Təbii ki, pilates dərsi keçirəm, DVD-lərim var, bir çox idman mərkəzində müəlliməyəm. 14 ildir ki, bu idmanı öyrədirəm. Bu doğrudur, amma geri qalan hekayələrdir, etibar etməyin. Sonra deyirsiniz ki, bizim qəzetə niyə müsahibə vermirsiniz? Nə olar, hər kəs yaxşı olsun, işinə-gücünə baxsın, dürüst olsun. Sevin bir az, qorxmayın! İnanın, sevgi bu dünyanı qurtaracaq".