​Məşhur milyarder nəzarətə götürüldü

Ötən gün Yəmənin Səudiyyə Ərəbistanına ballistik raket atmasından sonra Ər Riyadda həbslərə start verilib.
Muxalifet.az xəbər verir ki, həbs edilənlər arasında ölkənin ən böyük bankı Əl Rajhinin sahibi, eyni zamanda dünyanın ən zəngin 37 nəfərindən biri olan Sulaiman Bin Əl Rajhi polis nəzarəti altına götürülüb.
5.7 milyard dollarlıq sərvəti olan Əl Rajhi nəzarətə götürülmüş şahzadələr və nazirlərlə birgə Riyaddakı lüks oteldə saxlanılır. Otelə bütün sifarişlər ləğv olunub.
Oteldə sonuncu dəfə ABŞ prezidenti Donald Tramp qalıb.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə ballistik raket Yəməndə üsyançılar tərəfindən atılıb.
Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Heç bir təlafat olmayıb. Yəmən tərəfi raket zərbəsilə Səudiyyə Ərəbistanına xəbərdarlıq etdiklərini bəyan edib.