Məşhur klubun sahibi dəyişdi - Amerikalı iş adamı aldı

Baxış sayı:
4759

İtaliyanın “Fiorentina” klubunun sahibi dəyişib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi amerikalı iş adamı Rokko Kommissoya satılıb. Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Komisso “Fiorentina”nın səhmlərini Della Valle ailəsindən alıb. İtaliya mətbuatının iddiasına görə, ABŞ-ın “Mediacon” televiziya şirkətinin və “Nyu-York Kosmos” klubunun sahibi olan 69 yaşlı Komisso, “Fiorentina”nın səhmləri üçün Della Valle ailəsinə 160 milyon avro ödəyib.