Məşhur klubun baş məşqçisi istefa verdi

Baxış sayı:
3736

Fransanın “Monako” klubunun baş məşqçisi Leonardo Jardim istefa verib.
Bu mövsüm uğursuz nəticələr göstərən klub rəhbərliyi məşqçinin istefasını qəbul edib. Belə ki, 9 turdan sonra cəmi 1 qələbəsi olan “Monako” 6 xalla 18-ci pillədə qərarlaşıb. Bu isə 2016/17 mövsümündə eyni məşqçi ilə Fransa çempionu olan Knyazlıq klubu rəhbərliyini narazı salıb.
Yaxın günlərdə yeni baş məqşçinin adı ictimaiyyətə elan ediləcək.