​Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

Almaniyanın keçmiş kansleri Helmut Kolun mirasının necə bölüşdürüldüyü müəyyən edilib.

Muxalifet.az xəbər verir ki, “Bild” qəzeti Kolun vəsiyyətinə əsasən keçmiş kanslerin oğulları Peter və Volterə 400 min avro pulun verilməsi nəzərdə tutulduğunu yazıb. Üstəlik, Kol türk gəlini Elif Sözendən olan nəvəsi Leyla ilə böyük oğlu Volterdən olan nəvəsi Yohannesin hər birinə 100 min miras buraxıb.
Eks-kansler yerdə qalan bütün sərvətini və daşınmaz əmlaklarını ikinci həyat yoldaşı Maike Kol Rixterə vəsiyyət edib.
Qeyd edək ki, Kol ölümündən öncə övladları ilə danışmırdı. Onların aralarındakı küsülülük 7 il boyunca davam etmişdi. Kanslerin övladları bu işdə Rixteri günahkar sayırdılar. Kol öldükdən sonra böyük oğlu Valter və nəvələri dəfn mərasiminə gəlsələr də, Rixter onları mərasimə buraxmamış, polis çağıraraq uzaqlaşdırmışdı.
Helmut Kol iyun ayında vəfat edib.