Məşhur idmançımız gecə klubunda qızı döyməsi xəbərindən DANIŞDI

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Məşhur idmançı "Ölkə.Az"-a açıqlamasında xəbəri təkzib edib:
"Gecə klubunda dava salmamışam. Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur"
Qeyd edək ki, Yenicag.az-ın yaydığı xəbərə görə, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.