​Məşhur gürcü aktyoru vəfat etdi

Baxış sayı:
2425

Məşhur gürcü aktyoru və rejissoru Baadur Çuladze 83 yaşında vəfat edib. Muxalifet.az xəbər verir ki, bu barədə kinotənqidçi Vyaçeslav Şmırov məlumat yayıb. Qeyd edək ki, 1935-ci ildə Batumidə anadan olan B.Çuladze 1961-ci ildə “Gürcüstan-Film” studiyasında fəaliyyətə başlayıb. Aktyor “Buratinonun sərgüzəşti”, “Yarpaq tökümü”, “Mənim ərim ol” kimi məşhur filmlərdə rol alıb. Ümumilikdə isə o, 90-dan çox filmdə çəkilib.