Məşhur görüntülər Ermənistan gömrüyündə çəkilib - VİDEO
9-04-2019 15:45
Baxış sayı:
13417
Ötən gün sosial şəbəkələrdə yayılan stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videosunun Ermənistan gömrüyündə çəkildiyi məlum olub.
Open.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Bildirilib ki, sözügedən görüntülər Ermənistanın Baqrataşen nəzarət-keçid məntəqəsində qeydə alınıb.
Xatırladaq ki, sosial şəbəkə istifadəçilərinin bəziləri sözügedən videonun Azərbaycandakı gömrüklərdən birində çəkildiyini iddia edirdilər. Ancaq Dövlət Gömrük Komitəsi bu gün yaydığı açıqlamada məlumatları təkzib edib.