​Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər

Baxış sayı:
4381

Fransanın “Pari Sen-Jermen” (PSG) klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di Marianın karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir.
Muxalifet.az xəbər verir ki, əvvəllər “Mançester Yunayted”in şərəfini qoruyan futbolçunun PSG ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Çox güman ki, klub argentinalı ilə müqaviləni uzatmayacaq. O, Premyer Liqaya öz arzusu ilə qayıtmaq istəyir. Otuz yaşlı futbolçunun agentləri hesab edirlər ki, İngiltərə klubları yarımmüdafiəçiyə həftədə 200 min funt sterlinq (227 min avro) məvacib ödəyə biləcəklər.
Qeyd edək ki, bir müddət əvvəl mediada “Yuventus”un bu futbolçu ilə maraqlandığı iddia olunurdu.
Anxel Di Maria 2015-ci ildə 63 milyon avroya “Mançester Yunayted”dən PSG-yə keçib. Cari mövsümdə argentinalı yarımmüdafiəçi parislilərin heyətində 12 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.