Məşhur futbol klubunun baş məşqçisi koronavirusa yoluxdu

Baxış sayı:
1019

İtaliyanın “Fiorentina” futbol kubunun baş məşqçisi Cüzeppe Yakinidə koronavirus aşkarlanıb.

Muxalifet.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin prezidenti Rokko Kommisso yerli mətbuata açıqlamasında məlumat verib.

O, 56 yaşlı mütəxəssisdən götürlən analizlərin müsbət nəticə verdiyini açıqlayıb. Klub prezidenti baş məşqçiyə hər cür dəstəyin göstərildiyini də diqqətə çatdırıb.

“Fiorentina”da daha öncə futbolçularda və klub çalışanlarında da koronavirus aşkarlanmışdı.