Məşhur fizik Hokinqin proqnozları çin olur? – Kosmosda şüurlu məxluqlar var?

Baxış sayı:
4043

Nottingem Üniversitetində çalışan astrofizik, professor Kristofer Konselisenin başçılığı ilə aparılmış araşdırma insanların təəccübünə səbəb olub.

Bəşəriyyətin sonunun necə gələcəyi, bir mənada qiyamətin necə qopacağı insan zehnini  ən çox məşğul edən suallardan biridir. Yaxın keçmişdə dünyasını dəyişmiş alim Stiven Hokinqin araşdırmalarında onun kosmos barəsində fikirləri ilə yanaşı, dünya ilə bağlı olan “qiyamət” xəbərdarlıqları mövcuddur.

Kristofer Konselisenin başçılıq elədiyi İngiltərə alimləri qrupu Samanyolu qalaktikasında 30-dan artıq şüurlu məxluq növünün ola biləcəyini iddia edib. Onlar qalaktikanın kosmosa radio siqnalları göndərmək qabiliyyətinə malik azı 36 növün məskəni ola biləcəyi fikrindədirlər.  Bu sivilizasiyalar arasındakı ortalama məsafənin  17 min işıq ili ola biləcəyi, bunun aşkar edilməsi və onlarla əlaqə saxlamağın hazırkı texnologiya ilə çox çətin olduğu güman edilir. Kosmosda həyatın mümkün ola biləcəyi ilə bağlı ölümündən əvvəl müxtəlif açıqlamalar vermiş Hokinq ümumi nisbilik və qara dəliklərlə bağlı araşdırmaları ilə şöhrət qazanıb. Eyni zamanda çox vaxt öz araşdırma sahəsindən kənara çıxaraq, qarşıdakı dövrlərdə bəşəriyyəti gözləyən çətinliklər və təhdidləri də diqqətə çatdırıb.

Onun fikrincə, bəşəriyyəti Yer üzündən silə biləcək hadisələrə süni zəka, iqlim dəyişikliyi, genetikası dəyişdirilmiş viruslar, yaxud da nüvə müharibəsi ola bilər.

2016-cı ildə BBC kanalına müsahibə vermiş Hokinq deyib: “Dünyada bir il içərisində bir fəlakətin baş verməsi ehtimalı çox kiçikdir. Lakin bu ehtimal zaman keçdikdə artır və min, 10 min il il kimi zaman kəsiklərində qətiləşə bilər”.

Hokinq həmin müddət ərzində bəşəriyyətin kosmosda məskunlaşa biləcəyinə inanan Hokinq qarşıdakı əsrlə bağlı xəbərdarlıq etmişdi: “Qarşımızdakı 100 il boyunca kosmosda koloniyalar quracaq qədər texnologiya sahibi olayacağıq, ona görə də bu dövrdə çox diqqətli davranmalıyıq”. Stiven Hokinq süni zəkanın yaratdığı fürsətlərlə yanaşı, təhdidlərinin də olduğu barəsində xəbərdarlıq etmiş, 2014-cü ildə BBC kanalına müsahibəsində demişdi: “Süni zəkanın tam inkişaf eləməsi bəşəriyyətin məhvinə səbəb ola bilər”.

Hokinq bu günə qədərki bəsit süni zəkanı çox faydalı hesab edir, lakin zəkalı robotların inkişaf eləmiş formalarının insanlardan daha üstün ola biləcəyini güman edirdi.

Hokinq dünyadakı həyata aid böyük  təhdidlərdən birinin iqlim dəyişikliyi olduğunu düşünürdü. Bu üzdən ABŞ-ın Paris müqaviləsindən imtina eləməsi ilə bağlı narahatlığını da bildirmişdi: “Geri dönüşü olmayan nöqtəyə çox yaxınıq. Trampın bu addımı dünyanın 250 dərəcə istilikdə və turşu yağıntılarının olduğu Veneraya bənzəməsinə aparan yolu aça bilər”.

Kosmosun hər yerindən şüurlu varlıqlara məxsus siqnalları axtaran SETI kimi qurğular mövcud olsa da, Hokinq kosmosdakı digər ağıllı varlıqları axtarmamaq xəbərdarlığı etmişdi.

2010-cu ildə Discovery Channel kanalına müsahibə vermiş Hokinq kosmosluların dünyanı sərvətləri üçün talan edib yollarına davam edə biləcəkləri ehtimalını irəli sürmüşdü: “Əgər  yadplanetlilər bizi ziyarət eləsələr, bu, Kristofer Kolumbun Amerikaya ayaq basması kimi olacaqdır. Bu kəşf yerli amerikalılar üçün heç də yaxşı olmamışdı. “Şüurlu məxluqların tanış olmaq istəməyəcəyimiz növdən olan şeylərə necə çevrilə biləcəyini görmək üçün özümüzə baxmağımız kifayətdir”.

Hurriyyet.org