Məşhur cütlüyün hovuz başında ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - FOTO

Baxış sayı:
846

Xəbər verdiyimiz kimi, 3 həftə əvvəl boşanan Özcan Dəniz və Feyza Aktan Bodrumda tətil edərkən görüntülənmişdi. Boşansa da, birlikdə tətilə yolanan cütlüyün fotoları maqazin gündəminə bomba kimi düşmüşdü.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Dəniz boşandığı həyat yoldaşı və oğlu Kuzey üçün Yalıkavakdakı hotellərin birində xüsusi məkan tutub. Ö.Dəniz paparatsilərin onları çəkməməsi üçün təhlükəsizlik tədbiri alsa da, bəzi görüntüləri mətbuata sızıb.
Cütlüyün qəhqəhələri hovuzda əks-səda verib. Lakin Bodrumda dincələn məşhur cütlük bir anda bir-birinə qırşqırmağa başlayıb. Özcan Dənizin dəsmal üstündə xanımına səsini ucaltdığı eşidilib. Bir müddət mübahisə edən boşanmış cütlük daha sonra evə girərək gözlərdən itib.