​Məşhur boksçudan ŞOK HƏRƏKƏT: Canlı yayımda teleaparıcıya təcavüz etdi - FOTO

Baxış sayı:
6457

Las-vegasda keçirilən ənənəvi boks döyüşündən sonra qalmaqallı hadisə baş verib.
Bolqarıstanlı məşhur boksçu Kubrat Pulev döyüşü bitirdikdən sonra ona yaxınlaşan VegasTV-nin xanım müxbirinə təcavüz edib. 37 yaşlı idmançı aparıcını zorla qucaqlayaraq onu öpüb.
Çaşqınlıq içində olan aparıcı reaksiya verə bilməyib.
Canlı yayımda baş verən hadisə böyük narazılıqla qarşılanıb./Publika.az