Məşhur "Biq-Ben"in zəngi 4 il "susacaq" — SƏBƏB

Vestminster sarayının qüllə saatı 21 avqust tarixindən "susacaq".
 
"Biq-Ben" təmirə dayandırılır. Təmir işləri 4 il davam edəcək.
157 ildir ki, 14 tonluq zəngə toxunan çəkicləri saatdan ayıracaqlar. Zəngin səsini ancaq vacib hadisələr zamanı, məsələn Yeni il bayramında eşitmək mümkün olacaq.
96 metrlik Yelizaveta qülləsi Böyük Britaniyanın ən çox fotosu çəkilən binasıdır. Böyük təmir layihəsi səbəbindən qüllənin yarısı bağlanıb.Təmir çərçivəsində "Biq-Ben"in siferblatı yuyulacaq və təmizlənəcək.
Bir müddət əvvəl yayılan xəbərə görə ventilyasiya şaxtalarının birində lift quraşdırılacaq.