Məşhur ayaqqabı markası lağ obyektinə çevrildi - QİYMƏT DODAQ UÇUQLADIR

Baxış sayı:
331

“Jimmy Choo”nun yaşıl baletkaları dəsmala bənzədilib.
Publika.az xəbər verir ki, ayaqqabı nəhəngi “Jimmy Choo”nun istehsal etdiyi yeni fıstıq yaşılı olan tüklü baletka söz-söhbət yaradıb.
Əksər istifadəçi onu geyinməkdənsə, ayaqyalın gəzməyi üstün tutduğunu deyib.
Merlin adı verilən baletka bir qism müştəri tərəfindən çəmənə, digər qism tərəfindən isə təmizlik dəsmalına bənzədilib. Baletkaların qiyməti 495 funt-sterlinqdir.
“Jimmy Choo”nun saytında satışa təqdim edilən baletka haqqında bu fikirlər yazılıb: “Güclü və müasir xətlərə sahib bu yaşıl tərzin praqmatik duyğusu var, amma eyni zamanda əyləncəlidir. Rahat və maraqlı hərəkətlər “Jimmy Choo” kolleksiyasının əsasını yaradır”.
Qeyd edək ki, lüks ayaqqabı, əl çantası, aksessuar və ətir mövzusunda mütəxəssisləşmiş Britaniya moda evi, 1996-cı ildə moda ayaqqabı dizayneri “Jimmy Choo” və “Vogue”un aksessuar redaktoru Tamara Melon tərəfindən qurulub.
Uels şahzadəsi Diananın üstünlük verdiyi marka, tez bir zamanda dünyada şöhrət qazanıb.